Ru
14:37 / 09 Oktyabr 2023

“Qanun”dan yeni layihə - "Təkərli kitab dükanı" - VİDEO

16742
“Qanun” nəşrlər evi və “Əli və Nino” kitab mağazaları şəbəkəsi yeni layihəyə başlayıb.


Bakupost.az xəbər verir ki, bu barədə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu paylaşım edib.


Bildirilir ki, "Təkərli kitab dükanı" adlı yeni layihədə hər həftə bir bölgəyə səfər edərək, 1,2,3 manata, endirimli kitab satışı həyata keçiriləcək:

“Nigarla çoxdan bu layihə barədə plan qururduq. Bir neçə yerdə kitab qovşaqları yaratdıq, kitabxanalara, ucqar məktəblərə pulsuz kitablar göndərdik. Amma bu azdır, daha çox etmək lazımdır.
Ucqar kəndlərdə kitab dükanı açmaq real görünmür. Ən yaxşısı hərəkət edən, qapıları döyən, evlərə qonaq gedən kitab dükanı yaratmaqdır. Bu səbəbdən sosial layihə kimi "Təkərli kitab dükanı" yaratdıq. Cibimizə uyğun maşın aldıq, rənglədik, içinə kitab rəfləri yığdıq və kitabla doldurduq.
Plan belədir ki, hər həftə hansısa bölgəyə səfər edək. Bölgədə yaşayan insanlara da 1,2,3 manata, endirimli kitab daşıyaq. Eləcə də özümüzlə yaradıcı insanları həmin yerlərə aparaq. Kəndlərimizdə açıq səma alında poeziya, yaradıcılıq, qiraət axşamları təşkil edək; kitab mühiti yaradaq.
Bizim həyatımız kitabla bağlıdır.
Yalnız Bakıda kitab yaymaq elə bil işimizin və həyatımızın mənasını yarımçıq ifadə edir. Bu səbəbdən istədik bütün Azərbaycanı qarış-qarış gəzək, insanlarımızla kitab sevgimizi paylaşmaq”.




Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər