Ru
21:55 / 12 İyul 2022

“Qarabağ” qələbə çaldı

“Qarabağ” qələbə çaldı
Eye

"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 5-ci qolu rəqibin qapısından keçirib. 78-ci dəqiqədə ikinci hissədə meydana daxil olan Abbas Hüseynov fərqlənib.

***

"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 4-cü qolu vurub. Kadi Borges 74-cü dəqiqədə dubl edib - 4:1.


***

56-cı dəqiqədə İbrahima Vadji "Qarabağ"ın üçüncü qolunu vurdu - 3:1.

***

42-ci dəqiqədə "Qarabağ" hesabda önə keçir - 2:1. Filip Ozobiç fərqlənir.

***

14-cü dəqiqədə Kadi Borges hesabı bərabərləşdirdi - 1:1

***

Matçın 20-ci saniyəsində hesab açılıb. Kristoffer Velde “Lex”i hesabda önə çıxarıb.

***

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində cavab matçına çıxır.


Bakupost.az xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edəcək.


Oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edəcək.



Cütün qalibi ÇL-in ikinci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq. Cütün məğlubu isə avrokuboklarda mübarizəni başa vurmayacaq və Konfrans Liqasında yarışacaq. Burada “Qarabağ” və ya “Lex” KL-in 2-ci təsnifat mərhələsində oynayacaq. Rəqib isə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu olacaq. Bu komandaların Slovakiyadakı ilk oyunu heç-heçə yekunlaşıb - 0:0.


Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi


Cavab oyunu


20:00. “Qarabağ” - “Lex”


Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper


Tofiq Bəhramov adına Respublika Stadionu


İlk oyun - 0:1


Komandaların start heyətləri açıqlanıb:


“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina


Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev


Baş məşqçi: Qurban Qurbanov


“Lex”: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka


Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh


Baş məşqçi: Con van den Brom

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar