Ru
11:59 / 29 Sentyabr 2026

Qarabağ Universitetinin müəllimi həbs olundu?

Qarabağ Universitetinin müəllimi həbs olundu?
Eye

***

10:45

Qarabağ Universitetində idman müəllimi işləmiş Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.


"Bakupost" Xitab24.az-a istinadla xəbər verir ki, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.

Onun bu davranışından iki tələbə zərər çəkib.

Tələbələrin şikayətindən sonra F.Məmmədov barəsində araşdırma aparılıb, o, saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxsin törətdiyi əməl sübuta yetirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

F.Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki işindən xaric edilib.

***

Məsələ ilə bağlı Qarabağ Universitetindən bildirilib ki, mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar