Ru
19:32 / 24 Mart 2023

Qarabağda separatçı hərəkətlənmə: "İki məsələ təcili həll edilməlidir" - Ekspert

4772
Xəbər verdiyimiz kimi, martın 24-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Kolonda Rusiya sülhməramlılarına məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli, 1 ədəd isə üzərində yanacaq çəni "KamAZ" avtomobillərinin hərəkəti müşahidə olunub. Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Son vaxtlar Ermənistandan Qarabağa silah-sursat daşınması intensivləşib.

Bəs, Azərbaycan bu qanunsuz daşımaların qarşısını necə ala bilər?

Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, ermənilərin ərazilərimizə qanunsuz silah-sursat, şəxsi heyət, texnika və digər avadanlıqlar daşınmasının qarşısını almaq üçün ilk növbədə Azərbaycanın Ermənistanla sərhədinin Laçın ərazisindən keçən hissəsində mütləq sərhəd-keçid və ya nəzarət- buraxılış məntəqəsi qurulmalıdır:

“Rus kontingentinin erməni silahlıları ilə Ermənistandan göndərilən silah-sursat və digər hərbi avadanlıqların daşınmasında iştirakı, eyni zamanda, həmin silahlıların ərazidə qalmasına şərait yaratması təbii ki, Azərbaycanı ciddi narahat edir. Odur ki, Azərbaycan rus kontingentinin dərhal çıxarılmasını deyil, ilk növbədə sərhədin Laçın rayonu hissəsində yoxlanış məntəqəsi qurmaq məsələsini həll etməlıdır. Bu, çox vacibdir. Parallel olaraq isə erməni silahlılarının ərazimizdən tərkisilah edilərək çıxarılması prioritet məsələ olaraq həyata keçirilməlidir. Lakin sülhməramlı kontingentin birgə bəyanatın şərtlərinə zidd fəaliyyəti də cəzasız qalmamalıdır. Əgər gələcəkdə də belə fəaliyyətlər müşahidə olunsa, onların Azərbaycan ərazisindən daha erkən çıxarılması müzakirə oluna bilər”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər