“İşğaldan azad olunmuş ərazilərə 232 milyon ABŞ dolları məbləğində investisiyanın qoyulması və orada 4 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”.
Bakupost.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Dövlət əmlakının özəlləşdirilməsi prosesi də uğurla davam etdirilir. Özəlləşdirməyə görə bu ilin 10 ayında büdcəyə 108 milyon manat daxil olub”, - deyə nazir bildirib.
Yuxarıdan Dövlət və Geniş ixtisaslı Hökumət daha dəqiq görüb və görür ki, hərbi işğal-müharibə halında suveren ölkəmizin nəinki, neçə illik zəruri ehtiyatları vardı, gündəlik tələbat vasitə və məhsullarının da əksəriyyəti və hələ də idxaldan çoox asılııbb? Misal üçün-hər rayonda ayrıca iri dünyəvi Camışçılıq, Keçi, Qoyun, Südçülük kompleksləri müasir dünyəvi rəqabətli texnologiya və infra ilə təchiz olunmalı ki, oxşar məhsulun idxalını rəqabətli ixrac tələbatı əvəzləsin! Təkrar polad istehsalı və maşınqayırma öz təminatı ilə dünyəvi rəqabətə çıxa bilməzsə, strateji-gələcək tərəqqi yox, *yaxın sabahkı* *carı-tələbat*ın ödənməsinə belə zəmin yoxdur və ya görünmür?