Qarabağ Dirçəliş Fondu "Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabın yazılması üçün 1.2 milyon (1 178 672 AZN) manatlıq müqavilə imzalayıb.
Bakupost.az xəbər verir ki, müqavilə "Media Prima Advertising" adlı reklam şirkəti ilə həyata keçirilib. Şirkətin Dubayda qeydiyyatdan keçdiyi vurğulanır.
Məsələ ilə bağlı Fondun mətbuat katibi Babək Cahandarla əlaqə saxladıq. O, Bakupost.az –a açıqlamasında məlumatı təsdiq edərək, “Bununla bağlı qısa müddətdə açıqlama verəcəyik”, deyə bildirdi.
Qeyd edək ki, Fondun kitab üçün 1.2 milyon pul ayırması sosial şəbəkədə geniş müzakirəyə çevrilib.
Elnur
BakuPost