“Küçəyə atılan körpə xəstəxanaya yerləşdirilib, həkim nəzarətindədir və səhhətində problemi yoxdur”.
Bunu Bakupost.az -a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib.
O, körpənin bir neçə gün sonra uşaq evinə yerləşdiriləcəyini bildirib:
“Bir neçə günə, daha doğrusu, həkimlər nə vaxt məsləhət görsə, onda körpə uşaq evinə yerləşdiriləcək”.
T.Mərdanoğlu hazırda hüquq-mühafizə orqanları tərəfindən körpənin valideynlərinin axtarışının davam etdiyini bildirib:
“Körpənin valideynləri hələ ki, polis tərəfindən axtarılır. Niyə atılıb, valideyni kimdir, səbəbləri araşdırılır. Körpənin valideynləri tapıldıqdan sonra əlavə məlumat verəcəyik”.
Vasif Əlihüseyn
BakuPost