Ru
17:35 / 26 Sentyabr 2022

Qardaşı şəhid, özü qazi olan Səbuhinin müraciəti həll olundu - VİDEO

2011
44 günlük Vətən müharibəsində soyadından söz etdirməyi bacaran Sahratovlar ailəsinin SOCAR “Azəriqaz” İB-yə etdiyi müraciətin həlli özünü çox gözlətməyib.


Bakupost.az bildirir ki, şəhid gizir Cavid Sahratovun qardaşı Səbuhi Sahratlının istəyi əsasında fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.


Qeyd edək ki, Yardımlı rayonunda yaşayan Sahratovlar ailəsinin hər iki üzvü Vətən müharibəsində iştirak edib. Gizir Cavid Sahratov qəhrəmancasına şəhid olub. Səbuhi isə qardaşının döyüş yolunu layiqincə davam etdirməyi bacarıb və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.


Daha ətraflı:





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər