Ru
06:38 / 20 Mart 2024

Qazax rayonunun işğal altında olan kəndlərindən son GÖRÜNTÜLƏR - VİDEO

5119
Ermənistanın işğalı altında olan Qazax rayonunun kəndlərindən ən son görüntülər yayılıb.

Bu barədə kadrlar “İTV Xəbər”də yayımlanıb.

Bir vaxtlar səkkiz minə yaxın əhalinin yaşadığı kəndlər indi xaraba qalıb.

Qeyd edək ki, Qazaxın işğal altında olan Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib.

Bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir.

Ötən əsrin 90-cı illərində işğal zamanı Ermənistan tərəfi strateji yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər kəndləri atəşə tutulub.

Qazaxın yeddi kəndi hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının müşahidəsi altındadır.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər