Ru
23:23 / 09 Oktyabr 2026

Türkiyədən Azərbaycanla bağlı paylaşım: "Bir millət, iki dövlət" anlayışını...

Türkiyədən Azərbaycanla bağlı paylaşım: "Bir millət, iki dövlət" anlayışını...
Eye

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Azərbaycanla bağlı bəyanat yayıb.


"Bakupost" xəbər verir ki, Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığı qorumaq məqsədi daşıyan bəyanatda deyilir:


"Bəzi beynəlxalq media orqanlarında və sosial media şəbəkələrində Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz bağları, strateji müttəfiqliyi və "Bir millət, iki dövlət" anlayışını hədəf alan qərəzli və məqsədyönlü materiallar aşkar edilmişdir.


Sözügedən paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə zərər vurmağı, regional sülh və sabitliyi pozmağı hədəfləyən açıq-aşkar manipulyasiya əməliyyatıdır.

Türkiyə və Azərbaycan; ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməli üzərində yüksələn münasibətlərini hər sahədə qətiyyətlə davam etdirir. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan ortaq addımlar və həyata keçirilən əməkdaşlıqlar barədə manipulyativ iddialarla ictimaiyyəti çaşdırmaq cəhdləri məqsədinə çatmayacaqdır.
İctimaiyyətdən bu növ psixoloji müharibə məqsədli materiallara etibar etməməsi; yalnız rəsmi qurumlar tərəfindən edilən bəyanatları rəhbər tutması mühüm dərəcədə xahiş olunur".

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar