Ru
11:38 / 08 Yanvar 2025

Qazaxda yaşayış evi yandı - VİDEO

Qazaxda yaşayış evi yandı  - VİDEO
Eye

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 60 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ikiotaqlı fərdi yaşayış evinin bir otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar