Ru
20:34 / 09 Yanvar 2022

Qazaxıstanda iğtişaşlarda neçə nəfər ölüb?

Qazaxıstanda iğtişaşlarda neçə nəfər ölüb?
Eye

Qazaxıstanda iğtişaşlar nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iğtişaşların başlanmasından bəri Almatıda 103 nəfər, Qızıl Orda vilayətində 21 nəfər, Cambıl vilayətində 10 nəfər, Almatı vilayətində isə 8 nəfər həlak olub.

Qeyd olunub ki, iğtişaşlar zamanı tibbi yardım üçün 2265 nəfər müraciət edib, onlardan 1100-ə yaxını Almatının payına düşür. Həlak olanlar arasında 11 və 15 yaşlarında iki yeniyetmə və 4 yaşlı qız da var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar