Ru
17:50 / 02 İyun 2025

Qazaxıstanlı alim "Molla Pənah Vaqif" medalına layiq görüldü - FOTO+VİDEO

 Qazaxıstanlı alim "Molla Pənah Vaqif" medalına layiq görüldü -  FOTO+VİDEO
Eye

24–31 may tarixlərində Bakıda keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində elm və ədəbiyyat sahəsində xidmətləri olan bir sıra alim, şair və yazıçılar mükafatlandırılıb.

Bakupost.az xəbər verir ki, TÜRKSOY və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan mükafatlandırma mərasimində mükafatlandırılanlar arasında qazaxıstanlı alim Altın Tukumbayeva da var.

O, "Molla Pənah Vaqif" medalına layiq görülüb.

Qeyd edək ki, A.Tukumbayeva Bakı Slavyan Universitetinin Tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının doktorantıdır. Onun "Bədii əsərin tərcüməsində kulturoloji aspektlər" (M.Bulqakovun “Master və Marqarita” romanının Azərbaycan, qazax, və ingilis dillərində tərcümələri əsasında) mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunub və ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Zaur,

BakuPost



 Qazaxıstanlı alim "Molla Pənah Vaqif" medalına layiq görüldü -  FOTO+VİDEO
 Qazaxıstanlı alim "Molla Pənah Vaqif" medalına layiq görüldü -  FOTO+VİDEO
 Qazaxıstanlı alim "Molla Pənah Vaqif" medalına layiq görüldü -  FOTO+VİDEO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar