Ru
21:12 / 09 Dekabr 2025

Tovuzda üç yaşlı oğlanın FACİƏLİ ÖLÜMÜ: Quyudan çıxaranda... - VİDEO

Tovuzda üç yaşlı oğlanın FACİƏLİ ÖLÜMÜ: Quyudan çıxaranda... - VİDEO
Eye

Tovuzun Düz Qırıqlı kəndində bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, üçyaşlı oğlan su quyusuna düşərək ölüb.


"Bizə qonaq gəlmişdilər. Uşaq su istədi. Suyu verib yola çıxdım. Mənim oğlum gəlib, o isə gəlməyib. Yoldaşım su quyusundan çıxaranda artıq rəhmətə getmişdi", - mərhumun qohumu bildirib.

Digər qohum isə hadisəni belə təsvir edib: "Uşaqlarla oynayırdılar. Oynayarkən yıxılıb quyuya düşüb. Suyun dərinliyi çox deyildi, yəqin ki, başı yerə dəyib zədə alıb".

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar