Ru
23:09 / 24 İyun 2026

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı konqresə müraciət ünvanlandı

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı konqresə müraciət ünvanlandı
Eye

ABŞ Konqresində keçirilən “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: İkili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfransın iştirakçıları Konqres üzvlərinə müraciət ünvanlayıblar.

Bakupost.az AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə beynəlxalq hüququn norma və prinsiplərinin qərəzsiz, ardıcıl və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin vacibliyi vurğulanıb.

Sənəd müəllifləri xüsusilə Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaq hüququnun təmin edilməsinə çağırıblar. Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətin Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına dəstək verməsi, onların mülkiyyət hüquqlarının bərpası və mədəni irsinin qorunmasına yardım göstərməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Müraciətdə qeyd olunub ki, qayıdış hüququ beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və bu hüququn təmin olunması selektiv yanaşmalardan kənar həyata keçirilməlidir.

Sənəddə ABŞ Konqresi üzvləri Qərbi azərbaycanlıların üzləşdiyi problemlərə və onların qayıdış hüququ ilə bağlı səsləndirilən faktlara ciddi diqqət yetirməyə çağırılıb. Konqres üzvlərindən bu məsələ ilə bağlı dinləmələr, brifinqlər və məsləhətləşmələr təşkil etmələri, aidiyyəti icmalarla birbaşa dialoqu təşviq etmələri və insan hüquqları prinsiplərinin ardıcıl tətbiqinə dəstək vermələri xahiş olunub.

Müraciətdə, həmçinin siqh icmasının hüquqları, eləcə də Aruba, Kurasao, Sent-Martin, Sint Eustatius və Saba xalqlarının öz müqəddəratını təyinetmə hüququ ilə bağlı məsələlərə toxunulub. Konfrans iştirakçıları bu icmaların dini, mədəni və dil kimliklərini qorumaq, siyasi və konstitusion gələcəkləri barədə mövqelərini sərbəst ifadə etmək hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıblar.

Bununla yanaşı, Hindistan hökuməti tərəfindən siqh icmasının nümayəndələrinə qarşı ayrı-seçkilik, təzyiq, fundamental azadlıqların məhdudlaşdırılması və transmilli repressiya iddialarının qərəzsiz və hərtərəfli araşdırılmasına çağırış edilib.

Konfrans iştirakçıları müraciətdə qaldırılan məsələlərin ABŞ Konqresində müzakirəyə çıxarılmasını xahiş edərək, xüsusilə Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması istiqamətində beynəlxalq dəstəyin gücləndirilməsinə çağırıblar. Onlar Konqres üzvlərinin bu məsələlərlə bağlı cavab və dəstəyini gözlədiklərini bildiriblər.

Xatırladaq ki, Vaşinqtonda Konqres binasında “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutan konfrans azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbirdir.

Şərhlər
  • Əski Sönüklü

    Mənim yaşım çox az da deyil, siyasətBaz da deyiləm, müasir hüququn güc siyasətinə ehtiramını da belə tam anlamaq istəyirəm, ancaq ... Rəsmən (Qorbaçovun qeyri-qanuni cəmiyyət quruluşu kimi 1991ci ilə buraxdığı) ilkin 22 Aprel 1918ci il Zaqafqaz Federasiyası tərkibində, 28 May 1918ci il Azərbaycanının ərazisi 113,9 min kvadrat kilometr olduğu halda, onları razılaşmış Rusiyanın varisi hazırki RF, Gürcüstan, Ermənistana və beynəlxalq məhkəmələrə haqqı=halal ərazi iddialarımızla müraciət edib, məskunlaşmaq əvəzinə tarixi dövlətimizi bu günkü vətəndaşları ilə niyə diplomatik-ticari malahizə subyektlərinə çevirir, sülhə də yalvarıcı yollarına salırıq? 28 May 1918ci ildən Azərbaycan Democratic Respublikasının heç bir yaxın-uzaq aid ətraf tərəfin mübahisəsi-iddiası olmadan ən azı 97,3 min kvadrat kilometr ərazisi elə (tam Qarabağ, tam-bütöv Zəngəzur, Naxçıvan və Türkiyəni əsas əraziyə qovuşduran aralıq torpaq əraziləri ilə!) bu gün də Azərbaycana aiddir və qalan dünyada bu hüququ qəbul etməlidir.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar