Ru
18:45 / 02 May 2024

Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi

1248

Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Bakupost.az xəbər verir ki,Qırğızıstan XİN bununla bağlı məlumat yayıb.

Məlumatda Rusiya Federasiyasına səfər etmək üçün üzrlü səbəbləri olmayan həmvətənlərinə əvvəllər tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər müvəqqəti olaraq səfərdən çəkinmək tövsiyə edilib.

Eyni zamanda, nazirlik tövsiyə edib ki, Qırğızıstan vətəndaşları tərəfindən “gözlənilməz hallar və ya təcili suallar” yaranarsa, respublikanın Moskvadakı səfirliyinin qaynar xəttinə müraciət etsinlər.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər