Ru
13:43 / 23 Mart 2024

Qırğızıstanda sui-qəsd hazırlayan 5 azərbaycanlı saxlanıldı - FOTO

6317
Qırğızıstanda transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşı saxlanılıb.

Bakupost.az mk.ru-ya istinadən xənər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb

Qırğızıstan xüsusi xidmət orqanları saxlanılanların respublika rəhbərliyinə sui-qəsd planlaşdırdığını iddia edib.

Əməliyyat zamanı Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M.S., Məmmədov Z.İ. saxlanılıblar.

Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan Əsgərov kriminal aləmdə “Avara” ləqəbi ilə tanınır. O, mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə aparan Qırğızıstan rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Bişkekə gəlib.

Qeyd edək ki, həmin şəxslərin saxlanılması üçün əməliyyat martın 22-də keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Zaur, BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər