Ru
23:00 / 17 Avqust 2022

"Qol imkanlarından yararlana bilmədik" - Qurban Qurbanov

"Qol imkanlarından yararlana bilmədik" - Qurban Qurbanov
Eye

"Ağır oyun oldu. Çox yaxşı qol imkanlarımız oldu. Amma yararlana bilmədik".



Bakupost.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə oyundan sonra bildirib.



O, müdafiədə oynayan kollektivə qarşı çıxış etdiklərini bildirib.



"Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik. Futbolçular bunu bacarmağa qadirdirlər", - deyə 50 yaşlı mütəxəssis vurğulayıb.



Qeyd edək ki, “Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyuna çıxıb. “Qarabağ”ın rəqibi Çexiyanın “Viktoriya Plzen” klubu olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç heç-heçə başa çatıb - 0:0.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar