Rusiyanın Belqorod şəhərində yaşlı qadın iki metr dərinliyində olan soyuq su ilə dolu çuxura düşüb və bir saat orada qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Belgorod Channel" adlı Telegram kanalı məlumat yayıb.
Rusiyalı qadının oğlu bildirib ki, anası qaranlıq vaxtda Poçtovı zolağındakı rəfiqəsinin evinə gedərkən baş verib. O, içi su ilə dolu çuxuru görməyib və ora düşüb.
Təqaüdçü qadın soyuq suda təxminən bir saat qalıb. Yoldan təsadüfi keçən insanlar onu aşkar edib və nərdivan gətirərək çuxurdan çıxarıblar.
Hadisədən sonra qadın şok vəziyyətində olub və sakitləşdirici dərman qəbul edib. Lakin o, hadisə zamanı ciddi xəsarət almayıb.
Hadisəyə Belqorod meri Valentin Demidov və Belqorod Su Təchizatı Müəssisəsinin rəhbəri Andrey Kolesnikov da reaksiya verib. Onlar baş verənlərə görə üzr istəyiblər. Eyni zamanda, hadisə ilə Rusiya İstintaq Komitəsi də maraqlanıb və prosessual araşdırma başlanıb.
Lalə, BakuPost