Ru
00:02 / 30 İyul 2022

Qriqoryan: “Azərbaycanla saziş imzalanması sülh gündəliyinin kulminasiyasıdır”

Qriqoryan: “Azərbaycanla saziş imzalanması sülh gündəliyinin kulminasiyasıdır”
Eye

“Armenpress”ə müsahibə verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mühüm məsələlərə toxunub.


Bakupost.az xəbər verir ki, o, Ermənistanın Qarabağın statusu ilə bağlı yekun qərar qəbul edilmədən Azərbaycanla sülh müqaviləsi bağlamasını istisna etməyib.


“Bakı ilə sülh müqaviləsinin imzalanması sülh gündəliyinin və yol xəritəsinin kulminasiya nöqtəsidir", deyən Qriqoryanın sözlərinə görə, Ermənistan Azərbaycanın təklif etdiyi münasibətlərin normallaşdırılmasına dair beş bəndlik sənədi məqbul hesab edir.


Təhlükəsizlik Şurasının katibi Ermənistanın ölkə qanunvericiliyi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb:


"Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan 1991-ci ildə imzalanmış və sonradan ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişlə bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Və bu gün bu həm Ermənistanın, həm də Azərbaycanın qanunvericiliyinin bir hissəsidir. Bu, ikitərəfli səviyyədə də öz əksini tapmalıdır”.


Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını vurğulayan Qriqoryan deyib: “Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları bizim üçün prinsipial əhəmiyyət kəsb edir”.


Müsahibədə diqqətçəkən hissələrdən biri də Qriqoryanın Rusiya sülhməramlıları ilə bağlı dedikləridir. O, sülhməramlıların mövcudluğunun Qarabağ ermənilərinin təhlükəsizliyinin beynəlxalq təminatı olduğunu xüsusi vurğulayıb: "Hazırda bu təminatın daha da gücləndirilməsi üzərində işləmək lazımdır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar