Ru
15:53 / 06 İyun 2022

Ramiz Mehdiyev hələ də AMEA-nın prezidentidir? - İLGİNC İDDİALAR

5226
Ramiz Mehdiyev AMEA-nın rəhbəri vəzifəsindən gedəndən sonra yerinə təyinat olmayıb.

Təyinatın olmadığını görən bir çoxu Ramiz Mehdiyevin hələ də iş başında olduğunu, istefa vermədiyini iddia edir. AMEA-ya prezident seçkilərinin ləngiməsi, ümumiyyətlə keçirilməməsi bu iddiaları gücləndirir.


Bəs niyə AMEA-da seçkilər keçirilmir? Quruma yeni rəhbər nə vaxt təyin olunacaq?


Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Bakupost.az -a danışıb.


O, sözügedən məsələdə Rusiyanın mühüm rolunun olduğunu bildirib:




“AMEA-nın prezidentinin müəyyən olunması elmi yox, siyasi məsələdir. Bu siyasi məsələdə vəziyyət düşünüldüyü qədər sadə deyil. Hər kəsə məlumdur ki, Ramiz Mehdiyev Rusiyanın əsas adamlarından biridir. Təbii ki, Rusiya öz adamının birdən-birə xərclənməsinə göz yuma bilməz. Ən azından mənəvi baxımdan icazə vermir. Çünki Azərbaycan siyasi elitasında ona sadiq olan digər insanlar da var. İstər Ramiz Mehdiyevi, istərsə də digərlərini həmin insanlar müdafiə edirlər. Bu baxımdan AMEA-ya prezident təyin olunmur. Ramiz Mehdiyev getsə də, yerinin doldurula bilmədiyini göstərmək istəyirlər.


Bu gün Azərbaycan iqtidarı da Rusiyaya qarşı birdən-birə çıxış edə bilmir. Görünən odur ki, hələ də iqtidar daxilində kifayət qədər Rusiyanın təsir imkanları var. Əks təqdirdə qoca bir insanı vəzifədən uzaqlaşdırdıqdan sonra onun nazı ilə oynamaq üçün heç bir siyasi, yaxud mənəvi izah yoxdur. Bu da dövlət idarəçilik məsələsidir.


Bir daha qeyd etmək istəyirəm ki, bunu Rusiyanın basqısı və Azərbaycana təsir imkanlarının olması kimi qiymətləndirirəm. Rusiyanın ölkəmizdəki təsir imkanları azaldıqdan sonra və Rusiya AMEA-da yeni prezidentin seçilməsinin əleyhinə olmadıqda, yeni kimsə seçiləcək”.


Fərid
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər