Ru
11:19 / 27 Mart 2023

Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı

19919
"Bank BTB" ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev işdən çıxıb.

Bakupost.az xəbər verir ki, onun vəzifəsini müvəqqəti olaraq I müavini Eldəniz Hüseynov icra edir.


Xatırladaq ki, "Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.


Qeyd edək ki, "BTB Bank”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.


Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan "Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.
Şərhlər
  • ali bey

    bu hele yaşayırmı?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər