Ru
18:54 / 01 Sentyabr 2024

Rəisinin helikopterinin qəzaya uğramasının - ƏSAS SƏBƏBİ

Rəisinin helikopterinin qəzaya uğramasının - ƏSAS SƏBƏBİ
Eye

İranın keçmiş prezidenti İbrahim Rəisinin həlak olduğu helikopterin qəzaya uğramasının əsas səbəbi çətin iqlim şəraiti olub.

Bakupost.az İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının yekun hesabatında bildirilib.

“Helikopterin qəzaya uğramasının əsas səbəbi kimi regionda yaz mövsümünün mürəkkəb iqlim şəraiti və sıx duman kütləsinin yaranması göstərilir. Nəticədə helikopter dağa çırpılıb”, - hesabatda qeyd edilib.

Xatırladaq ki, bu il mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzası nəticəsində həlak olub.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar