Ru
16:59 / 05 Noyabr 2022

“Rəqəmsal media və kommunikasiya” mövzusunda açıq seminar keçirildi - FOTO

“Rəqəmsal media və kommunikasiya” mövzusunda açıq seminar keçirildi -  FOTO
Eye

Bu gün Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan 60-a yaxın tələbə üçün “Visiting Lecturer” layihəsi çərçivəsində “Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib.


Bakupost.az bildirir ki, ADA Universitetində keçirilən seminarda spiker qismində Udin və Milan Universitetlərinin məzunu, kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan, Azərbaycan və Mərkəzi Asiya üzrə biznes brendləri ilə yaxından işləyən Tatyana Ravalli çıxış edib.


O, rəqəmsal media mühitində kommunikasiya alətləri və formaları, müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulmasının əsaslarından danışıb və texnologiyanın inkişafı ilə dinamik dəyişən media sahəsində yeni tendensiyalarla bağlı xarici bilik və təcrübələrin öyrənilməsinin və tətbiqinin vacibliyini vurğulayıb.


Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Seminarın keçirilməsində əsas məqsəd gənclərin media sahəsində fəal iştirakına şərait yaratmağa, yaradıcı-innovativ potensialını stimullaşdırmağa, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmağa və yerli mediada tətbiqini reallaşdırmağa töhfə verməkdir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar