Ru
12:50 / 18 Aprel 2024

Rəqsanənin Azərbaycandakı mülklərinə həbs qoyuldu

13049
Müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub.

Bakupost.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib.

Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

Rəqsanə İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

Məsələ ilə bağlı Rəqsanə İsmayılova açıqlamasında xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib.

Müğənni bu barədə geniş danışmaq istəmədiyini bildirib:

"Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər