Ru
17:56 / 04 İyul 2025

Rəşid Hüseynov: "Kulinariya varsa, deməli, o torpaqlar bizimdir" - VİDEO

Rəşid Hüseynov: "Kulinariya varsa, deməli, o torpaqlar bizimdir" - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, Sosial Tədqiqat Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanovun rəhbərliyi ilə hazırlanan “İrəvan xanlığı bölgə mətbəxi” kitabının təqdimatı keçirilib.

Bakupost.az xəbər verir ki, kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKA-nın prezidenti Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKA-nın üzvü, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır.


Tahir Əmiraslanov bildirib ki, kitabın ingiliscə nəşrinin əsas təşəbbüskarı Rəşid Hüseynov olub. Kitab onun ön sözü ilə başlayır:

“Rəşid müəllim Milli Kulinariya Assosiasiyasının daimi sponsoru kimi kitabla 2021-ci ildə tanış olduqdan sonra öz təklifi ilə 4 il ərzində bu kitabın tərcümə edilməsi və ərsəyə gəlməsi üzərində çalışıb, tərcümə və çap xərclərini tam qarşılayıb.”

Rəşid Hüseynov da tədbirdə çıxış edib. O, kitabın hazırlanmasında iştirak edən hər kəsə təşəkkür edib:

“Mən özümə borc bilirəm ki, kitabın yazılmasında və bütün materialların toplanmasında əziyyət çəkən hər bir şəxsə minnətdarlığımı bildirim. Nəinki sizlərə, o reseptləri sizlərə deyən analarımıza, bacılarımıza, yaşlı nəslin nümayəndələrinə də öz minnətdarlığımı bildirirəm. Düzdür, kitabın tərcüməsini və çap işini öz üzərimizə götürsək də, bu işdə mən xüsusilə Qivami müəllimin təşkilatçılığını qeyd eləmək istəyirəm.

Fürsətdən istifadə edib bir nüansı da bildirmək istəyirəm. Düşünürəm ki, hər kəsin zəhmətinə xüsusi dəyər verilməlidir. Kitabın tərcümə məsələsi gündəmə gələndə düşündüm ki, bu kitabı ingilis dilinə daha yaxşı kim tərcümə edə bilər? Və bilirdim ki, Bəylər müəllim Bakı Dövlət Universitetinin humanitar fənlər üzrə ingilis dili kafedrasının müdiridir. Bəylər müəllimin belə gözəl kitabların tərcüməsində böyük bir təcrübəsi olduğuna görə, özümə borc bildim ki, ona müraciət edim.

Sözsüz, hər birimiz bilirik ki, kulinariya varsa, deməli, həmin bölgədə uzunmüddətli məskunlaşma var. Uzunmüddətli məskunlaşma varsa, deməli, həmin torpaqlar o xalqındır, o millətindir və xalq dili ilə desək, Qərbi Azərbaycan, bugünkü Ermənistan ərazisi Azərbaycan torpaqlarıdır. Və bu gün biz bunu xalq dili ilə deməyi bacarmışıq, bu kitabın müəllifləri də bunu deyib. Sözsüz ki, bu tərcümədir, bu qədər böyük kitabdır, ağır bir işdir. Mən Bəylər müəllimlə maddiyyat tərəfini danışanda o, qeyd etdi ki, bu bizim tariximizdir, mədəniyyətimizdir və mən bu iş üçün heç bir qonorar və pul almayacağam.

Bəylər müəllim bu kitabı təmənnasız tərcümə edib və bunu xüsusi vurğulamaq istədim, ona da öz minnətdarlığımı bildirirəm. Bir daha hamınıza təşəkkür edirəm, var olun, sağ olun. Allah dövlətimizi qorusun, Allah cənab Prezidentimizi qorusun və bayrağımız, müstəqilliyimiz əbədi olsun.”

Aysel,
BakuPost


Rəşid Hüseynov: "Kulinariya varsa, deməli, o torpaqlar bizimdir" - VİDEO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar