Ru
23:10 / 07 Dekabr 2023

Rus səfir Britaniya XİN-ə çağırıldı

Rus səfir Britaniya XİN-ə çağırıldı
Eye

Londonun FTBilə əlaqəsi olduğu iddia edilən “Callisto” haker qrupunun iki üzvünə qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Böyük Britaniya və onun müttəfiqləri dekabrın 7-də Rusiya kəşfiyyat orqanlarının yüksək rütbəli şəxslərə və təşkilatlara qarşı kiber əməliyyatlar həyata keçirmək cəhdlərini aşkar ediblər. Böyük Britaniya hökuməti hesab edir ki, bu məlumatlar Britaniya siyasəti və demokratik proseslərə müdaxilə niyyəti ilə əldə edilib”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Britaniya tərəfi Rusiyanın Böyük Britaniyada və onun hüdudlarından kənarda demokratik proseslərə müdaxilə etmək üçün kiber imkanlardan istifadə cəhdlərindən dərin narahatlığını ifadə etmək üçün bu ölkənin səfirini XİN-ə çağırıb.

Nilay, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar