Ru
13:17 / 27 Sentyabr 2024

Rusiya ABŞ bazalarına hücum edə bilər - New York Times

Rusiya ABŞ bazalarına hücum edə bilər - New York Times
Eye

Amerika kəşfiyyat xidmətləri hesab edir ki, Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli Amerika silahlarından istifadəyə icazə verilməsi, hərbi əməliyyatların gedişatını dəyişdirmədən güclü cavab reaksiyasına səbəb ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə “The New York Times” rəsmi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, kəşfiyyat qiymətləndirməsi uzaqmənzilli raketlərin təsirini azaldır. Çünki Ukrayna hazırda belə silahların məhdud arsenalına malikdir. Digər tərəfdən, Ukraynanın daha neçə müttəfiqinin onu belə silahlarla təmin edə biləcəyi barədə məlumat yoxdur. Kəşfiyyat xidmətlərinin fikrincə, belə bir icazə hazırda münaqişənin gedişatını dəyişməyəcək.

Belə icazəyə mümkün cavab tədbirləri arasında Amerika kəşfiyyatı Rusiyanın Amerika bazalarına birbaşa hücumlardan istifadə etmə ehtimalını qeyd edib.

Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar