Ru
09:12 / 17 İyun 2025

Rusiya Kiyevi vurdu: ən azı 14 nəfər həlak olub

Rusiya Kiyevi vurdu: ən azı 14 nəfər həlak olub
Eye

Kiyevdə (Ukrayna) Rusiya hava zərbələri nəticəsində ən azı 14 nəfər həlak olub.

Bakupost.az -ın məlumatına görə, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko öz Telegram kanalında bildirib.

"İlkin məlumata görə, Kiyevdə artıq 14 nəfər həlak olub. Məlumat dəqiqləşdiriləcək", - deyə o yazıb.

Kiyev ŞHA rəhbərinin sözlərinə görə, Ukraynanın paytaxtı növbəti ağır gecəni yaşayıb. Hazırda zərbə yerində operativ xidmətlər işləyir.

"İndi zərbələrdən birinin yerindəyəm. Xilasedicilər, tibb işçiləri, polis, könüllülər. Hamı ehtiyacı olanlara kömək etmək və xilas etmək üçün maksimum əlaqəli şəkildə hərəkət edir. Bu gün yanımızda olan hər kəsə təşəkkür edirəm - dağıntılar altından çıxaranlara, dəstək olanlara, hər şeyə baxmayaraq dözənlərə", - deyə o təşəkkür edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar