Ru
16:47 / 11 İyun 2024

Rusiya Paşinyanı niyə devirə bilmədi? - Şərh

2233
“2018-ci ildə Paşinyanın inqilabından sonra Rusiya çox istədi ki, onu devirsin. Hətta bunun üçün keçirilən etiraz aksiyalarında müxalifətdən də istifadə etdi. Amma Paşinyan hakimiyyətinə təhdid yarada bilmədilər”.




Bunu Bakupost.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Ermənistandakı siyasi prosesləri şərh edərkən deyib.

O, hazırda həyata keçirilən təxribatların Paşinyan hakimiyyəti üçün əhəmiyyətsiz olduğunu bildirib:

“İndi kilsə məsələsini gündəmə gətiriblər. Keşiş Baqrat Qalstanyana Robert Köçəryan, Serj Sərkisyan və Rusiya kəşfiyyatı dəstək verir. Amma göründüyü kimi, bu da uğursuzluqla nəticələndi. Düzdü, ötən gecə İrəvanda müəyyən sayda etirazçı toplaşmışdı. Amma əlbəttə, onlar bunu pul qarşılığında edirlər. Ancaq etirazlar müsbət nəticə vermir, əhali bu aksiyalara inanmır. Ona görə də etirazçıların sıraları seyrəlir. Rusiya çox çalışır ki, Ermənistanda kiməsə dəstək versin, amma bu da alınmır. Baqrat Qalstanyana da dəstək verdilər, amma effektli olmadı. Rusiya yenə alternativlər üzərində işləyir, amma öz məqsədinə nail ola bilməyəcək”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər