Ru
10:30 / 24 Fevral 2023

"Ukraynanın qan ili" - Müharibənin ildönümü dünyada manşetlərində - FOTO

7387
Rusiya-Ukrayna müharibəsinin ildönümü bütün dünyada manşetlərə çevrilib.

Bakupost.az xəbər verir ki, 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi ilk ilinə qədəm qoyub. Bu 1 ildə Ukraynada minlərlə insan tələfatı və böyük dağıntılar baş verib.

Rusiyanın yazda yeni hücum dalğası hazırlaması ilə bağlı iddialar səslənir, Kiyev administrasiyası Qərbdən ağır silah daşınmasının davam etdirilməsini istəyir. Döyüş təyyarələrinin tədarükü də tələblər arasındadır.



The Times: Ukraynanın qan ili


Dünya mətbuatından çıxan qəzetlər müharibənin ildönümünü öz manşetlərinə daşıyıb. “The Times” qəzeti “Ukraynanın qan ili” başlığı ilə məqalə dərc edib.

Xəbərin təfərrüatlarında Ukraynanın döyüş meydanında Rusiyaya qarşı “həlledici üstünlüyə” malik olması vurğulanıb.



Metro: Qəhrəmanlar heç vaxt təslim olmurlar


Britaniyanın başqa bir qəzeti Metro yazır: "Qəhrəmanlar heç vaxt təslim olmurlar".

Xarkovdakı qəbiristanlıqdan kadrın yer aldığı qəzet Ukrayna bayraqları ilə müharibədə həlak olan əsgərlərin xatirəsini yad etdiyini bildirib.

Qeyd olunub ki, bir il əvvəl Rusiya prezidenti Vladimir Putin ordusunun paytaxt Kiyevə girəcəyini gözləsə də, Ukrayna meydan oxumaqda davam edir.




The Guardian: Bir şəhərin xarabalıqları


Hücumlar nəticəsində böyük ziyan görən Mariupol şəhərindən olan fotoşəkili oxucularına təqdim edən “The Guardian” “bir şəhərin xarabalığı” başlığını işlədib.

Qeyd olunub ki, Rusiya ordusu 80 gündən çox şəhəri bombalayıb və müharibənin ən qanlı səhnələri, sarsıdıcı görüntüləri burada yaşanıb.




Financial Times: Müharibənin sonu görünür

Əsgərlərin və tankların olduğu meydandan görüntülər istifadə edən “Financial Times” qəzeti “Müharibənin sonu göz qabağındadır”, deyə yazıb.

Birinci ilini başa vuran müharibədə ağır itkilər verildiyi, Ukrayna əsgərlərinin dünən Xarkovda təlimlərə qatıldığı paylaşılıb.

Qərb rəsmilərinə əsaslanan məlumatlara görə, Rusiya ordusundan 200 mindən çox əsgərin ya öldürüldüyü, ya da yaralandığı bildirilir.





El Mundo: Ukrayna müqavimət göstərir


İspaniya mətbuatından El Mundo oxucularının qarşısına “Ukrayna: Putin tiranlığına qarşı müqavimət” başlığı ilə çıxıb.

“Ukrayna prezidenti Vladimir Zelenski ölkəsini hücumlar qarşısında bir yerdə saxlamağı bacardı və Qərb Ukraynaya dəstəyini bir daha təsdiqlədi”.




El Pais: “Qaçqın dalğasına səbəb oldu”


El Pais Putinin dünya nizamına meydan oxuduğuna və 50 ölkənin Kiyevi dəstəklədiyinə diqqət çəkib. Onların əhəmiyyətli hissəsinin Ukrayna ordusuna dəstək verdiyi xatırladılıb.

Qəzet Rusiya-Ukrayna münaqişələrinin qaçqın dalğasına səbəb olduğunu da vurğulayıb.


Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər