Ru
09:19 / 24 Dekabr 2025

Moskvada daha bir partlayış – İki polis ölüb, ikisi ağır yaraldır – VİDEO

Moskvada daha bir partlayış – İki polis ölüb, ikisi ağır yaraldır – VİDEO
Eye

Rusiyanın paytaxtı Moskvanın cənubunda, Orexovo-Borisovo rayonunda avtomobilin partladılması nəticəsində iki yol-patrul xidməti (DYP) əməkdaşı həlak olub, daha iki nəfər ağır xəsarət alıb.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, partlayış bu gün (24 dekabr gecə saat 01:30 radələrində baş verib. Şahidlər hadisə zamanı ən azı iki güclü partlayış səsi eşitdiklərini bildiriblər. Partlayışdan sonra ərazidə tüstü və yanğın müşahidə olunub, hadisə yerindən görüntülər sosial şəbəkələrdə yayılıb.

İlkin məlumatlara əsasən, naməlum şəxs və ya şəxslər polis avtomobilinin salonuna paket atıb. Paket bir qədər sonra partlayıb. Hücum zamanı avtomobildə olan DYP əməkdaşlarından iki nəfər hadisə yerində ölüb, daha iki nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb, onların vəziyyəti ağır qiymətləndirilir.

Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi faktla bağlı cinayət işi açıldığını açıqlayıb. Hadisə yerində istintaqçılar, kriminalistlər və çalışır, ərazi əl istehsalı partlayıcı qurğuların olub-olmaması baxımından yoxlanılır. Müşahidə kameralarının qeydləri araşdırılır.

Qeyd olunur ki, partlayış bir neçə gün əvvəl Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarovun öldürüldüyü ərazidə baş verib. 22 dekabrda Yasenevaya küçəsində generalın avtomobilinin altına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində Sarvarov həlak olmuşdu.

Rusiya mediasında yayılan məlumatlara görə, Sarvarovun rəhbərlik etdiyi idarə Rusiya Silahlı Qüvvələrinin tətbiqinin planlaşdırılması, iri hərbi təlimlərin hazırlanması və döyüş təcrübəsinin ümumiləşdirilməsi ilə məşğul olub. Bir sıra rusiyalı hərbi ekspertlər onun bu vəzifəsinə görə hədəf seçildiyini iddia edirlər.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Yuri Şvıtkin isə bildirib ki, Sarvarovun öldürülməsi və son partlayışlar son dövrlər rusiyalı yüksək rütbəli hərbçilərə qarşı həyata keçirilən məqsədli hücumlar zəncirinin tərkib hissəsi ola bilər və bu cür hadisələr provokasiya xarakteri daşıyır.

Hadisənin icraçıları və motivləri ilə bağlı rəsmi açıqlama verilməyib. Hücumu törədən şəxslərin axtarışı davam edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar