Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bakupost.az xəbər verir ki, Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub.
1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb. 1985–1987-ci illərdə hərbi xidmətdə olub.
1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi, 1994–1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.
1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.
2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini işləyib.
2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.
Rəhman Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.