Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına iş çatnda mesaj göndərilərək saat 12:00-a qədər şəxsi heyət arasında azərbaycanlıların olub-olmaması barədə hesabat vermək tələb edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya sosial şəbəkələrində məlumat yayılıb.
Həmçinin qeyd olunub ki, müvafiq cədvəl doldurulmalı və saat 14:00-a qədər təqdim edilməlidir.
Rusiyadan başqa narahatedici siqnallar da yayılıb. Belə ki, Moskvadakı tikinti şirkətlərində Azərbaycan vətəndaşı olan işçilərin yataqxanalardan çıxarılmasına başlanılıb.
Bütün bu addımlar Rusiyada azərbaycanlılara qarşı qeyri-rəsmi təzyiq kampaniyasının başladığını göstərir.
Aysel,
BakuPost