Ru
18:11 / 03 Sentyabr 2024

Ruslara satılan merin başına kərpic "düşdü" - Reanimasiyalıq oldu

1646
Müvəqqəti olaraq işğal olunmuş Mariupolda partizanlar “Mariupol Şəhər Şurası sədrinin” başına kərpiclə zərbə endiriblər.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

""Mariupol Şəhər Şurasının sədri" adlandırılan Oleq Nosenkonu başına naməlum şəxslər tərəfindən kərpic atıb. O, kəllə-beyin travması alıb, vəziyyəti ağırdır və reanimasiyadadır", - deyə şəhər şurasından bildiriblər.

Mariupol Şəhər Şurası qeyd edib ki, Oleq Nosenko şəhərin ələ keçirilməsindən dərhal sonra rus işğalçıları ilə əməkdaşlığa başlayıb. Əvvəlcə o, psevdomer Oleq Morqunun müşaviri, eləcə də işğalçıların rəhbərliyi ilə şəhərdə keçirilən qondarma “seçkilər”in təşkilatçılarından biri idi.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar