Ru
01:38 / 07 Fevral 2024

Sabiq prezident helikopter qəzasında öldü

Sabiq prezident helikopter qəzasında öldü
Eye

Çilinin keçmiş prezidenti Sebastian Pinera helikopter qəzası nəticəsində dünyasını dəyişib.


Modern.az xəbər verir ki, bu barədə Çilinin daxili işlər naziri Karolina Toja məlumat verib.

O bildirib ki, helikopterdə olan digər üç sərnişin sağ qalıb.

Yerli mətbuatın məlumatına görə, helikopter fevralın 6-da güclü yağışların yağdığı bölgəyə düşüb.

Qeyd edilir ki, helikopteri Pinyeranın özü idarə edib, o, iş adamı Xose Koksla nahara uçurdu.

Sebastian Pinera 2010-cu il martın 11-dən 2014-cü il martın 11-dək və 2018-ci il martın 11-dən 2022-ci il martın 11-dək Çili prezidenti vəzifəsində çalışıb.

70-ci illərin sonlarında Pinyera bizneslə məşğul olub. 2014-cü ildə "Forbes" onun sərvətini 2,4 milyard dollar qiymətləndirib.

Pinera siyasi karyerasına 1988-ci ildə başlayıb. O, sağ mərkəzçi Milli Yeniləşmə partiyasının üzvü olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar