Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final oyununda "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəlib.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, final görüşünü fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və müavinləri də izləyib.
Onlardan Cəbrayıl Xanlarov və daxili xidmət general-mayoru Yusif Nəbiyev bu yaxınlarda nazir müavini təyin olunublar.
Qeyd edək ki, görüş "Xilasedici" komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.