Ru
21:29 / 18 Aprel 2026

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Corciya Meloni Bakıya səfərə hazırlaşır
Eye

İtaliyanın Baş naziri Corciya Meloni yaxın həftələrdə Azərbaycana səfər etməyə hazırlaşır.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, səfər Bakı ilə Roma arasında strateji əməkdaşlığın davamı kimi qiymətləndirilir. Bildirilir ki, səfərin əsas gündəliyində enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə də Azərbaycan qazının Trans-Adriatik boru kəməri vasitəsilə İtaliyaya nəqlinin artırılması məsələsi yer alacaq.

Məlumata əsasən, Azərbaycan və İtaliya arasında enerji tərəfdaşlığı son illərdə sürətlə inkişaf edib və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi bu əməkdaşlığın əsas sütunlarından biri sayılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar