Ru
09:02 / 31 Mart 2023

"Sabitliyi pozmaq və xof yaratmaq istəyirlər" - Millət vəkili

4404
"Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdi onun şəxsinə deyil, bütövlükdə Azərbaycana, dövlətçiliyə qarşı yönəlmiş hadisədir".


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Musa Quliyev bildirib.


Onun sözlərinə görə, hər bir cinayət hadisəsinin araşdırılmasında onun motivinin düzgün müəyyənləşdirilməsi əsas rol oynayır:


"Fikrimcə, Fazil Mustafaya qarşı törədilən sui-qəsd çirkin bir terror aktı, Azərbaycan dövlətinə qarşı planlaşdırılan və icra olunan ağır cinayət əməlidir. Heç şübhəsiz ki, bu terror Fazil Mustafanın ictimai-siyasi fəaliyyəti ilə bağlıdır və ölkədə ictimai asayişi, sabitliyi pozmaq, xof yaratmaq, haqqı deyənləri, milli maraqları müdafiə və təbliğ edənləri qorxutmaq və susdurmaq niyyəti güdür. Fazil Mustafa tanınmış, təcrübəli, parlaq ictimai- siyasi xadim olmaqla bütün fəaliyyəti şəffafdır, şəxsi planda özünün və ailəsinin düşməni yoxdur, biznes fəaliyyəti ilə məşğul deyil, kriminal aləmlə əlaqəsi yoxdur. Deməli, atılan güllələr onun siyasi mövqeyi və fəallığından narahat və narazı olan qrupun, qüvvənin, təşkilatın, dövlətin cinayət əməlidir”.





Millət vəkili Ceyhun Məmmədov isə qeyd edib ki, millət vəkili Fazil Mustafa həm Milli Məclisdə, həm də mediada davamlı olaraq Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, ölkəyə qarşı təxribatların qarşısının alınmasına, vətəndaş hüquqlarının qorunmasına yönələn çıxışlar edir. O, öz çıxışlarında tez-tez İranın Azərbaycanla bağlı siyasətini, dini fəaliyyət sahəsində cərəyan edən xoşagəlməz prosesləri də sərt tənqid edirdi:


"Görünür, diqqətin İrana yönəlməsinin səbəblərindən biri də budur. Bu gün bu terroru İran tərəfinin törətdiyini düşünənlər az deyil. Ancaq düşünürəm ki, istintaqın nəticəsi bilinmədən hansısa dövləti günahlandırmaq düzgün olmazdı. Hazırda Azərbaycan hüquq-mühafizə orqanları cinayətkarları aşkarlamaq üçün zəruri addımlar atırlar. Heç şübhəsiz ki, cinayətkarlar tapılaraq hüquqi məsuliyyətə cəlb ediləcəklər. Buna heç kimin şübhəsi olmasın. Əminəm ki, bu mənhus cinayəti sifariş verən və törədənlət qısa müddətdə tapılacaq və layiqli cəzalarını alacaqlar”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər