Ru
09:55 / 13 Avqust 2024

Şadlıq evlərində bütün yerlər bron edilib - Menyuların qiyməti qalxacaq? - VİDEO

Şadlıq evlərində bütün yerlər bron edilib - Menyuların qiyməti qalxacaq? -  VİDEO
Eye

Məhərrəm ayının bitməsinə az qalmış şadlıq evlərində bütün yerlər bron edilib.

Bakupost.az -ın məlumatına görə, inzibatçılar deyirlər ki, növbəti aylar üçün yerlərin çoxu tutulub.

Onların sözlərinə görə, əgər əvvəllər daha çox həftəsonu üçün toy sifariş verilirdisə, indi həftə içi də sifariş verənlər var.

İnzibatçılar deyirlər ki, əgər indi kimsə toy etmək üçün müraciət etsə, sentyabr ayında istədiyi tarixə, günə yer tapa bilməyəcək. O ki qaldı qiymətlərə, bildirilir ki, bununla bağlı hələlik dəyişiklik yoxdur və menyu 50-80 manat arasındadır. Amma yaxın vaxtlarda qiymətlərin artacağı qaçılmazdır.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 7-də başa çatıb, səfər ayı başlayıb.

Sentyabrın 5-də isə səfər ayı başa çatacaq.

Ətraflı süjetdə:



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar