Ru
16:23 / 25 Yanvar 2024

Şagirdə qarşı kobud davranan müəllimə töhmət verildi - VİDEO

11982
Bakıda şagirdə qarşı kobud davranan müəllimə töhmət verilib.

Bu barədə Bakupost.az -a 317 nömrəli tam orta məktəbfən məlumat verilib.

Qeyd olunub ki, ötən ilin noyabr ayında məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib: "Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub. Məktəb rəhbərliyi tərəfindən müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib. Müəllimin izahatı alınıb, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb. Artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb".

Şərhlər
  • Fərqanə İbrahimova

    Usaq nece qorxursa dehsetdir müəllimələr gərək psixoloji testen keçsinlər.Bunlar səhşətdi

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər