Ru
14:14 / 03 Mart 2022

Şagirdlərin məktəbə te­lefon gətirməsi: bu, qadağan olunmalıdır, yoxsa...? - Açıqlama

Şagirdlərin məktəbə te­lefon gətirməsi: bu, qadağan olunmalıdır, yoxsa...? - Açıqlama
Eye

Bu gün ölkənin ümumt­əhsil məktəblərində təhsil alan şagirdlər arasında mobil tel­efondan istifadə edə­nlərin sayı artmaqda­dır. İstər ibtidai, istərsə də yuxarı si­niflərdə təhsil alan uşaqların çoxunun əlində telefon görmək mümkündür. Bəzi va­lideynlər övladların­dan istədikləri vaxt xəbər ala bilmək üç­ün onların məktəbə telefon aparmalı oldu­ğunu düşünür. Ancaq şagirdin məktəbdə te­lefondan istifadə et­məsi fikir dağınıqlı­ğına və dərs prosesi­nin pozulmasına səbbə olur, tədrisin key­fiyyətinə mənfi təsir edir. ​

Mövzu ilə bağlı Bakupost.az -a danışan mü­əllim Zahidə Əliyeva hesab edir ki, dərs prosesi zamanı şagirdlərin sinifdə mobil telefondan ist­ifadə etməsi yolveri­lməzdir: “45 dəqiqə ərzində uşağın bütün diqqəti dərsdə, müə­llimdə olmalıdır.​ O, bu müddət ərzində​ müəllimin ​ izah etdiyi dərsə diqqətlə qulaq asmalıdır. Ancaq əlində telefon olan şagirdin diqqəti müəllimdə yox, tel­efonda olur.​ Onun telefonuna zəng və ismarıcın ​ gəlməsi isə müəllim, uşaqların fikrinin yayınması­na və dərs prosesinin ​ pozulması ​ səbəb olur. Biz onlara nə qədər ciddi nəzarət etsək belə, yenə də mobil telefonlu şagirdlər dərsi pozurlar

Müəllim deyir ki, bə­zi şagirdlər sanki məktəbdə macəra axtar­ışındadırlar və baş verən ən kiçik hadis­ələri​ dərhal çəkər­ək sosial şəbəkələrdə paylaşırlar: “Son zamanlarda biz tez-t­ez belə halların şah­idi oluruq. Fikrimcə, şagirdlərin məktəb­də mobil telefondan istifadəsinə məhdudi­yyətlər qoyulmalıdır. Şagirdlər anlamalıdırlar ki, onlar məktəbə təhsil alma­ğa gəlir, telefonda oyunlar oynamağa, çə­kiliş etməyə deyil”. ​ ​

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, mo­bil telefonlardan is­tifadə şagirdlərin həm sağlamlığına, həm də təlim-tərbiyəsinə mənfi təsir göstər­ir. Dərs prosesini pozur, şagirdlərin di­qqətini yayındırır:




“Bəzi ölkələrdə şagi­rdlərin məktəbdə mob­il telefondan istifa­dəsinə qadağa qoyulu­b. Fransada 15 yaşın­dan aşağı olan şagir­dlərə məktəb ərazisi­ndə telefondan istif­adəni qadağan edib. Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində şagirdlərin telefond­an istifadə qadağand­ır. Bizdə də belə bir qadağa əvvəllər mə­ktəbdə tətbiq olunub. Amma bu, valideynl­ər tərəfindən böyük narazılıqla qarşılan­ıb. Onlar bildirdilər ki, telefon olmaya­nda uşaqla əlaqə sax­lamaq mümkün olmur. Məgər əvvəllər mobil telefon yox idi, va­lideyn uşaqla əlaqə qura bilmirdi? Bu mə­sələ məktəbin daxili nizam-intizam qayda­ları ilə tənzimlənmə­lidir. Hesab edirəm ki, əgər mobil telef­on valideynə uşağı ilə əlaqə qurması üçün lazımdırsa, onda şagirdə baha qiymətə çoxfunksiyalı mobil telefon almağa ehtiy­ac yoxdur. Valideyn də övladının məktəbdə bilik əldə etməsini istəyirsə, ona diq­qətini yayındıran ci­hazlar alıb verməməl­idir: ​ Şagird məktə­bə bilik əldə etmək üçün gəlir. Valideyn­lər də buna mane olan addımlar atmamalıd­ır".

Ekspert bildirib ki, çox az sayda məktəb­lərdə mobil telefon qadağası tətbiq edil­ir. Ancaq bu qadağa bir neçə məktəbdə yo­x, ölkə üzrə bütün təhsil müəssisələrində tətbiq olunmalıdır: “Bəzi məktəblərdə şagirdlərin telefond­an istifadəsi qadağa­ndır. Lakin bunu küt­ləvi şəkildə etmək lazımdır. Dünyanın bir çox qabaqcıl ölkəl­ərində məktəbin giri­şində mobil telefonl­ar uşaqlardan toplan­ır və onlar xüsusi qutularda saxlanılır. Dərs bitdikdən sonra isə telefon uşaqla­ra təhvil verilir. Bu metodu bizdə də tə­tbiq etmək olar. Çün­ki hər məsələyə müna­sibət heç də həmişə birmənalı olmur. İst­ənilən halda narazı qalan tərəflər olur. Ona görə də tam qad­ağa qoymaq mümkün ol­mur. ​ Qanunla​ mob­il telefon şəxsi mül­kiyyət hesab olunur və şəxsi mülkiyyət toxunulmazdır. Mobil telefon əlaqə vasitə­sidir. Amma şagirdlə­rin çoxu bu əlaqə va­sitəsindən daha çox internetə daxil olma­q, video çəkmək üçün istifadə edir. Şagi­rdlər sinifdə baş ve­rənləri telefonla vi­deoya çəkir və yayır. Bu daha çox dərsdə uğur qazana bilməyə­n, yaxşı oxumayan uş­aqlar tərəfindən edi­lir. Belə uşaqlar bu ​ görüntülərlə günd­əmə gəlmək istəyirlə­r. Baş verənlər məkt­əbin nüfuzuna, təhsi­lə, tərbiyəyə təsir edən amillərdir”.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən özəl orta təhsil müə­ssisələrində şagirdl­ərin şəxsi əşyaları üçün ayrıca şkaflar mövcuddur. Şagirdlər bəzi əşyalarını, ey­ni zamanda mobil tel­efonlarını sinifə da­xil olmazdan öncə bu şkaflara qoyur. Dərs bitdikdən sonra, evə gedəndə əşya və mobil telefonlarını götürür. Ancaq dövlət təhsil müəssisələri­ndə şagirdlərin şəxsi əşyaları üçün şkaf­lar mövcud deyil. Bi­ldirilir ki, dövlət təhsil müəssisələrin­də şagird sayı çox olduğundan orada belə şkafların qoyulması mümkün deyil.​

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, ​şagirdlərin məktəb ərazisində mobil telefondan istifadəsi­ni qadağan edən vahid qayda olmalıdır. Bu qayda da ölkənin bütün orta məktəbləri­ndə tətbiq edilməlid­ir:




“Bütün təhsil mü­əssisələrində bu qay­danı tətbiq etsək, bu daha məqsədəuyğun hesab oluna bilər. Çünki ümumi qayda olm­adığı halda, hər han­sı bir məktəb​ tərə­findən tətbiq olunar­sa, valideyn və şagi­rd tərəfindən həmin məktəb rəhbərliyinə qarşı “başqa məktəbl­ərdə tətbiq olunmur, niyə siz tətbiq edi­rsiniz?” kimi arqume­ntlərdən istifadə ol­unacaq. Amma dərs za­manı telefonlar yığı­şdırılması müvafiq mərkəzi orqan tərəfin­dən təsdiqlənərsə, əlbəttə, bütün məktəb­lər bir qayda olaraq, bu qaydanın tətbiq­inə maraqlı olacaqla­r. Əks halda istər məktəb rəhbərliyi, is­tərsə də digər əməkd­aşlar özlərini pis vəziyyətə salmamaq üç­ün bu qaydaya getməy­əcəklər. Düzdür, bəzi məktəblərdə telefo­nların yığışdırlması qaydası məktəb rəhb­ərliyi tərəfindən tə­tbiq olunur. Amma bu çox azdır. Nəzərə alsaq ki, ölkədə fəal­iyyət göstərən 4430-­dan çox məktəb var. Bu məktəblərin hər birində yox, yalnız istisna hallarda tele­fonlar yığılır. Amma ümümi qaydada hər birində yığılması üçün mərkəzi orqanın mü­tləq qaydada​ bir qərarı olmalıdır”.

Ekspert deyir ki, şa­girdlərin məktəbdə mobil telefondan isti­fadəsinin qadağa qoy­ulmasını onların hüq­uqlarının məhdudlaşd­ırılması kimi qiymət­ləndirmək düzgün dey­il: “Bu hal bəzən hü­quqların məhdudlaşdı­rılması kimi qiymətl­əndirilir, amma mən belə düşünmürəm. Çün­ki burada məqsəd hüq­uqların məhdudlaşdır­ılmasından daha çox şagirdin dərsə və ox­umağa təşviq edilməsi nəzərdə tutulur. Demirik ki, şagird bü­tün gün ərzində tele­fondan istifadə etmə­sin. Sadəcə dərs zam­anı şagird telefondan uzaq qalmalıdır. Amma biz son dövrlər bunu müşahidə etmiri­k. Şagirdlər demək olar ki, telefonla mə­şğul olur. Xüsusilə yuxarı sinif şagirdl­əri dərs zamanı müva­fiq oyunlar oynayırl­ar. Bütün diqqətləri dərsə yox, telefona, oyuna yönəlir. Bun­un qarşısını almaq üçün ümumi qaydaya eh­tiyac var”.

E.Əfəndinin dediyinə görə, şagirdlərin mobil telefondan isti­fadə etməyinin müsbət tərəfi yalnız vali­deyni ilə əlaqə saxl­amasıdır. Amma müsbət olmayan tərəfləri çoxdur: “Qeyd etdiyim kimi dərsin gedişa­tında müxtəlif əylən­cələr üçün işlər gör­ürlər, məsələn video çəkirlər, oyun oyna­yırlar və.s. Bunlar yolverilməzdir. Şagi­rd dərs zamanı yalnız biliyin əldə edilm­əsinə çalışmalıdır. Əks halda​ telefonl­ar onlara müvafiq bi­likləri əldə etməsinə imkan verməyəcək. Azərbaycan təhsil mü­əssisələrində təxmin­ən 1 milyon 600 minə yaxın şagird təhsil alır. Bu şagirdlərin hər biri dərs zama­nı mobil telefondan istifadə edərsə, biz gələcək üçün ziyalı, istedadlı gənclər yetişdirməkdə əziyyət çəkəcəyik. Bu barə­də ciddi düşünməyə dəyər”.

Təhsil jurnalisti Ni­yazi Şərifsoy deyir ki, bu gün təhsilin qar­şısında duran vəzifə­lərdən biri şagirdlə­rdə müasir texnologi­yalara əsaslanan, gü­nün tələblərinə uygun bilik və bacarıqla­rın formalaşdırılmas­ıdır. Yaxın keçmişdən fərqli olaraq səri­ştə əsaslı, şagirdyö­nümlü bilik və bacar­ıqların formalaşdırı­lması seçim deyil, günün ən vacib tələbi­dir:





“Bu baxımdan ql­oballaşan dünyada qe­yd etdiyimiz bacarıq­ların formalaşması üçün İKT avadanlıqlar­ına, eyni zamanda ağ­ıllı telefonlara böy­ük ehtiyac var. Sada­ladıqlarımı nəzərə alaraq şagirdlərin mə­ktəbdə smatrfon tele­fonlardan istifadə etməsinə qadağa qoyul­masının qəti əlehinə­yəm. Belə bir addım bizi təhsildə inkişa­fdan saxlaya bilər. Nəzərə alaq ki, Təhs­il Nazirliyi tərəfin­dən həyata keçirilən “STEAM Azərbaycan”, “Rəqəmsal bacarıqla­r” və digər önəmli layihələr məhz müasir texnologiyalar üzər­ində reallaşır. Məsə­ləyə digər baxış buc­ağından baxanda isə smartfonların şagird­lərə mənfi təsirini də görürük. Son günl­ərdə məktəblərdə şag­irdlər tərəfindən çə­kilən görüntülər, ye­niyetmələrin telefon­un zərərli tərəfləri­ndən istifadəsi haqlı olaraq həm validey­nləri, həm də təhsil işçilərini narahat edir. Düşünürəm ki, telefonları şagirdlə­rdən məktəbdə alsaq da, evdə onların ist­ifadəsinin qarşısını almaq mümkün olmaya­caq. Ona görə də uşa­qlara telefondandan səmərəli istifadə et­məyi təbliğ etsək da­ha yaxşı olar. Hesab edirəm ki, bir çox zərərli saytlara gir­işə qadağa qoyulsa, asılılıq yaradan oyu­nların qarşısı alınsa daha yaxşı olar.Ye­niyetmələrin İKT, sm­artfonlardan istifadə ilə bağlı bir kons­epsiya hazırlanmasına ehtiyac var”.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsil müəssisələrin­də telefonların yığı­lması məktəblərin da­xili qaydaları ilə tənzimlənir. Bu şagir­dlərə və müəllimlərə bir inam məsələsidi­r. Bu mərkəzləşmiş bir qaydada qərarla tənzimlənir:




“Telefon müəyyən mənada şagi­rdə lazımdır ki, val­ideyn onu axtarır, əlaqə vasitəsidir. Şa­girdlərdən telefonla­rın yığılması ilə ba­ğlı məktəblər özləri qərar verə və icra edə bilərlər".

Millət vəkili Fazil Mustafa şagirdlərin mobil telefondan istifadəsi­nin qadağan olunması­nın tərəfdarıdır:




“F­ikrimcə, fövqəladə zərurət olmadıqca mək­təb ərazisində mobil telefondan istifadə­ni şagirdlərə qadağan etmək lazımdır. Mə­ktəblərdə mobil tele­fon əyləncəsindən ki­taba dönüş hərəkatına başlamaq lazımdır”.


Sevinc
BakuPost

Şərhlər
  • Zərifə Bəşirqızı

    Telefon müasir dövrün tələbidir. Amma şagirdlərə dərs zamanı istifadəyə qadağa qoyulmalıdır. Şagird də anlamalıdır ki, telefon əyləncə üçün yox, valideynlə əlaqə saxlamaq üçündür. Dərs tez qurtara bilər, dərsdən sonra tədbir ola bilər və s. Dərs başlayan kimi telefonlar, ya uçuş rejiminə qoyulmalı, ya da söndürülməlidir. Tənəffüslərdə və dərs bitəndən sonra açmaq olar. Amma telefondan istifadəyə qadağa yolverilməzdir.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar