Ru
10:11 / 07 Fevral 2023

Sahibkarlarla növbəti görüş Mingəçevirdə keçiriləcək

Sahibkarlarla növbəti görüş Mingəçevirdə keçiriləcək
Eye

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.


Qurumdan Bakupost.az -a verilən məlumata görə SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Mingəçevir şəhərində görüşü təşkil olunacaq.


Aksiya Mingəçevir Gənclər Evində baş tutacaq. “Səyyar qəbul otağı” fevral ayının 9-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar