Ru
16:35 / 13 Fevral 2025

Şahnaz Bəylərqızı həbsdə qaldı

Şahnaz Bəylərqızı həbsdə qaldı
Eye

"Toplum TV”nin əməkdaşı, jurnalist Şahnaz Bəylərqızı həbsdən buraxılmayıb.

Bakupost.az xəbər verir ki, vəkili qərarın ləğv edilməsini və jurnalistin sərbəst buraxılmasını tələb edən şikayət vermişdi.

Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmə işin indiki vəziyyətində dəyişiklik olmadığını əsas gətirərərək şikayəti təmin etməyib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin 3 ay 15 günlük həbs qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 2-sində həbs edilib. O, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar