Fransa prezidenti Emmanuel Makronun davranışları Vindzor qalasında keçirilən dövlət qəbulunda müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Sky News” bildirib.
Fransa lideri kral III Karlın fransız dili biliyini nümayiş etdirməsinə gülümsəyərək reaksiya verib və masanın o biri tərəfindən ona göz vurub.
Makronun daha bir jesti isə yanında əyləşən şahzadə Keytlə bağlı olub. O, Britaniya şahzadəsinə də göz vurub və səmimi söhbətlər aparıb.
Qeyd edək ki, bu, şahzadə Keytin xərçəng müalicəsindən sonra ilk böyük ictimai çıxışı idi və bu səbəbdən o, tədbirdə xüsusi diqqət mərkəzində olub.
Bundan əlavə, Emmanuel Makron və həyat yoldaşı Briqit tədbirə gələn zaman kral III Karlın önündə addımlayaraq protokolu pozublar. Bu hal Böyük Britaniya kral sarayı qaydalarına zidd hesab edilir.
Aysel,
BakuPost