Ru
17:35 / 26 Mart 2024

Salyan sakini itkin düşdü - FOTO

1405
Salyan rayon sakini itkin düşüb.

DİN-in Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, Salyan rayon sakini, 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

H.Süleymanovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

Evdən çıxan zaman üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055-323-98-24) nömrəsinə məlumat vermələri xahiş olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər