İsrailin müdafiə naziri "Hizbullah"ı tamamilə məhv etməklə hədələdi:
"Hizbullah"ın baş katibi öz sələflərinin səhvlərindən dərs çıxarmır və bizi İran diktatorunun göstərişi ilə İsrailə qarşı hərəkət etməklə hədələyir.
Bakupost.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrael Kats "X"də yazıb.
Mən Livandakı bu proksi (vasitəçi) qüvvəyə ehtiyatlı olmağı tövsiyə edirəm. İsrail ona təhdid yaradan terrorçulara qarşı səbrini itirib. Əgər terror olacaqsa, "Hizbullah" olmayacaq."
Aysel,
BakuPost