Ru
12:50 / 09 İyun 2024

Şəhid atası ağır qəzaya düşdü

1878
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində olub.

Belə ki, Lənkəran rayonunun Viravul kənd sakini 1961-ci il təvəllüdlü Əlövsət Ağamalı oğlu Məmmədov idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxıb yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəzada ağır xəsarət alan sürücü və sərnişin qismidə olan həmkəndliləri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

1947-ci il təvəllüdlü Şakir Əliağa oğlu Həsənova həkimlər sağ baldırın aşağı 1/3 - nin sınığı, üst dodağın kəsilmiş yarası, döş qəfəsinin və hər iki baldırın küt travması diaqnozu qoyublar. Vəziyyəti daha ağır olan 77 yaşlı Ş.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Sürücünün müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, qəzada xəsarət alan Şakir Əliağa oğlu Həsənov, 1-ci Qarabağ müharibəsində şəhid olan Rüfət Həsənovun atasıdır.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər