Ru
16:02 / 15 Sentyabr 2022

Şəhid dəfnində dini şüarlar - İdeoloji məkanımız İranın işğalı altında - SƏRT REAKSİYA

14387
Şəhidlərimizin dəfni zamanı bir qrup şəxsin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələri cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, ötən gün şəhid anası dini şüarlar səsləndirən həmin insanlara öz etirazını bildirib.




Şəhid dəfnlərində dini şüarlar səsləndirənlər kimlərdir? Onları hansı qüvvələr yönəldir və məqsəd nədir?

Bakupost.az -a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, məsələ ilə dövlət orqanları lazımı səviyyədə mübarizə apara bilmədiyinə görə İran informasiya məkanımızı tamamilə işğal edib.


Millət vəkili qeyd edib ki, bunlar İranda xüsusi hazırlanmış şəbəkədir:




“Qadınlar, kişilər telefonda kodlaşdırılmış formada, hətta müxtəlif ölkələrdə özlərinə ad seçirlər. Onları da həmin şəbəkələr öz təsiri altında saxlayır. Acınacaqlı vəziyyətdir ki, bunun qarşısını almaqda xeyli gecikmişik. Bu məsələ ilə bağlı kəskin mübarizə də aparılmır. İran vəziyyətdən istifadə edərək onları şəhid dəfnlərinə göndərməklə öz çirkin təbliğatını aparır. Həmin adamlar hətta bu təbliğata görə pul da alırlar. Bu ölkə bizə düşməncəsinə münasibət bəsləyir, sərhədimizə qoşun yığır. Bu xürafatçı insanlara demək lazımdır ki, o, şəhidi kim öldürüb? Əlbəttə ki, ermənilərlə bərabər ona dəstək qüvvələr . Çığırdıqları şüarların mənbəyi olan ölkə bizə düşmən olduğunu bar-bar bağırır”.


F.Mustafa hesab edir ki, ölkədə bəzi sahələr qeyri-peşəkarların əlində qalıb:


“Şüursuz, savadsız, problemin mahiyyətini bilmədən uşaqları, gəncləri bu şəbəkəyə qoşmaqlaməhvə aparırlar. Türklərdə mərasimdə ağlayan kişi görmüsünüzmü? Yüzlərlə yas məclisləri yola vermişik, lakin kişilərin bu cür biədəb formada ağladığını görmədik. Bunlara qarşı effektli mübarizə aparılmır. Problem buradan qaynaqlanır. Polis, xüsusi xidmət orqanlarının mübarizəsi yetmir, ictimai mübarizə olmalıdır. Cəmiyyəti bu məsələ ilə mübarizəyə səfərbər edə biləcək addımları görmürəm. Bu da narahatedici amillərdən biridir. Əgər bu qüvvələr erməniyə açıq dəstək verirlərsə, bizə sevgi göstərə bilməzlər. Azərbaycanda 10 minlərlə iranpərəst insanlar var. Bunların içində əksəriyyət İraqda olan Sistanini təqlid edir ki, guya İrana bağlı olduğu bilinməsin. Bu şəbəkənin qarşısında Azərbaycan cəmiyyəti öz sözünü deməlidir. İdeoloji məkanımız tamamilə İranın işğalı altındadır”.


Qeyd edək ki, hüquq-mühafizə orqanları şəhidlərin dəfnində dini şüarlar səsləndirənlərlə bağlı araşdırmalara başlayıb.


Fərid
Baku Post
Şərhlər
  • t.ədalət

    Xürrəmilər İmam Hüseyni qəsdən irançılıqla qarışdırırlar.İmam Hüseyn Əhli-Beyt üzvüdür.Bizim əziz peyğəmbərimizin nəvəsidir.Unutmayaq ki,Hindistanın lideri Mahatma Qandi yazır ki,mən öz qələbəmdə İmam Hüseyn şəhidliyindən,əqidəsindən bəhrələndim.Müsəlman olmayan kürd ziyalıları qəsdən,İslam dinini gözdən salmaq üçün fürsətdən istifadə edirlər.Təkrar edirəm,İmam Hüseynin iran casusları ilə bağlığı yoxdur.Sadəcə erməni qanlı farslar bilərəkdən bu təxribatı törədirlər."Şaxsey-vaxsey"in də İmam Hüseynə aidiyyatı yoxdur.Xurafatçılığın yayılmasında İrançı Allahşükür Paşazadənin rolu var.Onun başçılıq etdiyi dini idarəni ləğv etmək lazılmdır.Həmin idarəni Rusiya ona görə yaradıb ki,müsəlman əhalini köləliyə yönəltsin.Həm də bu dini idarə rus və İran kəşfiyyatının ocağıdır.Özlərini "İmam Hüseyn aşiqləri" adlandıran meyxanaçı dələduzları da ziyarət yerlərindən uzaqlaşdırmaq gərəkdir.Fanatizmə meydan verən dövlətdir.Belə olmasa ziyarətgahlarda toplanan nəzirlərə əl uzatmazdı."PirHüseyn" pirində Hacıqabul rayon İH başçısının gətirilən nəzirləri qapazlamaq üçün şəxsi nümayəndəsi var.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər