Ru
14:46 / 22 May 2024

“Şəhriyarın fikrini təhqir kimi qarşılamaq olmaz" - Reaksiya

“Şəhriyarın fikrini təhqir kimi qarşılamaq olmaz" - Reaksiya
Eye

“Şəhriyarın fikirləri müzakirələrə səbəb olub və çoxları bunu özlərinə qarşı ayrı-seçkilik kimi qiymətləndirir. Onlar hesab edirlər ki, qadınlar ağıl, məntiq baxımından heç də kişilərdən zəif deyillər. Bizim Avropa çempionu olan şahmatçımız Ülviyyə Fətəliyeva da göstərdi ki, qadınlar heç də zəif deyillər. Sadəcə, mühit, imkanlar və daha çox "şahmat kişi, siyasət oyunudur" düşüncəsi qadınların qarşısını alır”.




Bunu Bakupost.az -a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

O, şahmatçı Şəhriyar Məmmədyarovun qadınlarla bağlı səsləndirdiyi fikirləri belə şərh edib:

“Qadınların irəli getməsinə belə stereotiplər mane olur. Fikir söyləmək hər kəsin haqqıdır. Şəhriyar belə düşünür, görür, müşahidə edir. Amma qadınlar üçün daha çox imkanlar yaradılsa, düşünürəm ki, Şəhriyar fikrini dəyişər. Ancaq mən bu fikri təhqir kimi qarşılamağın da əleyhinəyəm. Çünki istənilən şəxsin özünün fikri ola bilər. Əks fikirləri düzgün əsaslandırmaq lazımdır. Yaxşı olar ki, qadınlar daha əsaslı şəkildə ona cavab verərdi. Bunun üçün də qadın və kişiyə bərabər imkanların yaradılmasını tələb edək ki, sabah qadın şahmatçıların heç də kişilərdən zəif olmadığını göstərək”.

Qeyd edək ki, Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov İTV-də yayımlanan “Persona” verilişində qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib. Ş.Məmmədyarovun bu fikirləri isə birmənalı qarşılanmayıb.

Vasif Əlihüseyn
BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar